Elnur Nağızadə həbs edilə bilər –20 il

Elnur Nağızadə həbs edilə bilər –20 il
SOSİAL
10:17 14.03.2016
3814
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Bu barədə vəkil Müzəffər Baxış məlumat verib. Onun sözlərinə görə, Elnur Nağızadə Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur: “Daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Orada 7 ildən 12 ilə kimi azadlıqdan məhrumedilmə cəzası nəzərdə tutulub. Cinayət Məcəlləsinin 308.1-ci maddəsində isə 1000 manatdan 2000 manata kimi cərimə, yaxud da 2 ilədək müəyyən vəzifə, müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə, 2 iliədək islah işləri və 3 ilədək azadlıqdan məhrumetmə cəzası göstərilir. Digər bir maddə, 320.1-ci maddədə isə 1000 manatdan 3000 manata kimi cərimə, 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum edilmə göstərilib.
Əgər gələcəkdə bu əməllər təsdiq olunarsa, onda E.Nağızadə Cinayət Məcəlləsinin 66.3 maddəsi ilə cinayətlərin məcmusuna az ağır, ağır, xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə təyin olunan cəzaların tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrumedilmə cəzasının müddəti 20 ildən çox ola bilməz. Əgər bu cinayətlərə görə onun barəsində ittiham hömkü çıxarılsa, təsdiq olunsa onda qismən və tamamilə toplama yolu ilə onun barəsində 20 ildən çox olmayaraq azadlıqdan məhrum edilmə qərarı verilə bilər”.
Qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb