Elnur Şuşada milli ab-havada klip çəkdi - VİDEO

Elnur Şuşada milli ab-havada klip çəkdi - VİDEO
MAQAZİN
10:35 18.03.2026
262
Sevilən müğənni Elnur Məmmədov bayram ərəfəsində pərəstişkarlarına verdiyi sözü yerinə yetirib.

AZXBER.COM xəbər verir ki, sənətçi bayram abu-havalı yeni klipini izləyicilərin ixtiyarına verib.
 
Xalq mahnısı "Nərgiz"ə yeni ekran həyatı verən ifaçı bunun üçün Şuşa şəhərində kamera qarşısına keçib.

Rəngarəng klipdə Novruz Bayramı adət-ənənələri, milli geyimlər və bayram əhval-ruhiyyəsi xüsusi olaraq vurğulanır.
 
Bəzi kadrların Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi (Milli Azərbaycan Tarix Muzeyi)ndə çəkildiyi klipin rejissoru isə Nail Naiboğludur.  
 
"Nərgiz"ə çəkilən klip həm musiqisevərlər, həm də milli dəyərlərə bağlı olan izləyicilər tərəfindən maraqla qarşılanıb.
 
Aysel
 


 

OXŞAR XƏBƏRLƏR