Xəbər verdiyimiz kimi, 22 yaşlı iranlı Məhsa Əmininin qaydalara uyğun hicab taxmadığı üçün həbsdə ölməsi İranda etirazlara səbəb olub. İran rejimi etirazların qarşısını almaq üçün ölkədə interneti məhdudlaşdırarkən, Elon Mask İran üçün hərəkətə keçərək Starlink peyklərinin İrana göndərilməsi üçün hərəkətə keçib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 18-də orbitə 54 peyk göndərən Starlink bütün qitələrdə xidmətə verilib. Mask dünənki tvitində də kosmik internetdən Antarktida da daxil olmaqla hər yerdə istifadə edilə biləcəyini bildirib.
Milyarder daha sonra iranlı jurnalist İrfan Kəsrayiyə "Starlink xidmətini İran xalqına təqdim etmək texniki cəhətdən mümkündürmü?" sualına belə cavab verib:
"Starlink” bununla bağlı İrana qarşı tətbiq edilən sanksiyalardan azad olmağa çalışacaq”.
Qeyd edək ki, Elon Musk Kuba kimi sanksiyaya məruz qalan ölkələr üçün də oxşar addımın atılmasının mümkün olacağını vurğulayıb.
Mikayıl