Elon Mask təcavüzdə ittiham olunur

Elon Mask təcavüzdə ittiham olunur
DÜNYA
18:59 13.06.2024
147

Amerikanın "The Wall Street Journal” qəzeti "Tesla” və "SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Mask haqqında geniş məqalə dərc edib.

AZXEBER.COM xəbər verir ki, nəşrin məlumatına görə, milyarder tabeçiliyində olan işçilərlə cinsi əlaqədə olub. Onun yaxınlıq etdiyi iddia edilən qızlardan biri kollecdə oxuyub. O, Maskla tanış olanda təcrübəçi olub. Lakin iş adamı qısa zamanda onu icraçı komandasına işə götürüb və bu sürətlə yüksəliş həmkarlarında şübhə doğurub.

Başqa bir qadının sözlərinə görə, Mask dəfələrlə ondan uşaqlarının olmasını istəyib və o, bundan imtina etdikdə iş münasibətləri pisləşib.

Başqa bir işçi isə milyarderin ona gecə yazaraq evinə gəlməsini xahiş etdiyini bildirib. O, Maska cavab vermədiyi üçün iş adamı dəfələrlə ona yeni mesajlar yazıb.

Nəşr məqalənin qurbanların dostları və ailə üzvləri, həmçinin "SpaceX"in keçmiş işçiləri də daxil olmaqla 48-dən çox insanla yazışmalar, e-poçtlar və müsahibələrə əsaslandığını vurğulayıb.

Mask məsələ ilə bağlı sorğuları cavablandırmayıb.

Xatırladaq ki, "SpaceX" işçiləri 2021-ci ildən şirkətdə cinsi qısnamaların olması ilə bağlı şikayətlər etmişdi.

Elman


OXŞAR XƏBƏRLƏR