Elon Mask vəzifədən imtina etdi

Elon Mask vəzifədən imtina etdi
DÜNYA
17:17 11.04.2022
357
Elon Mask "Twitter”in direktorlar şurasına üzv olmaqdan imtina edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Twitter”in ən böyük səhmdarı, dünyanın ən zəngin iş adamı Elon Mask şirkətin direktorlar şurası vəzifəsindən imtina etmək qərarına gəlib.

Bu barədə məlumatı "Twitter”in baş direktoru Parag Agraval verib.

Qeyd edək ki, Tesla və SpaceX-in baş direktoru Elon Mask keçən həftə Twitter-in səhmlərinin 9,2 faizini aldığını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR