Elon Musk həyatının böyük ehtimalla təhlükə altında olduğuna inandığını, lakin "taleyin ona gülümsəyəcəyini" deyərək yeni gündəm yaratmağı bacarıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir çox Twitter istifadəçisi Maskın necə və kimlər tərəfindən öldürüləcəyi ilə bağlı yüz minlərlə yazı paylaşıb.
"Twitter"in iki saatlıq sual-cavab tədbirinə qatılan İlon Mask ona verilən suala maraqlı çıxışla cavab verib. Son günlərdə sui-qəsd ehtimalının olduğunu deyib.
İddia Maskın 2020-ci il prezident seçkiləri öncəsi ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə Baydenin oğlu Hunter Bayden haqqında xəbərlərə senzura tətbiq edən sənədləri açıqlamasından sonra ortaya çıxıb.
Tvitterdəki çıxışında ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini xatırladan Mask, "Mən heç vaxt açıq havada avtomobillə parad keçirməyəcəyəm, icazə verin, belə deyim" dedi.
Daha sonra ölüm riski altında olduğunu deyən Mask sözlərini belə davam etdirib:
"Aydındır ki, mənim başıma pis bir şeyin baş verməsi və ya hətta vurulma riski olduqca əhəmiyyətlidir. Kimisə öldürmək o qədər də çətin deyil, ona görə də ümid edirəm ki, onlar etməzlər və taleyim mənə gülümsəyər.
Mask daha sonra Vaşinqtondan kənarda olan siyasi təbəqənin, o cümlədən Trampın seçki kampaniyasının heyəti və Konqres üzvlərinin müxtəlif reaksiyalarını ətraflı izah edib.
Mask Hunter Bayden işinin məqsədinin "hər şeyi aydınlaşdırmaq" olduğunu söyləyib. Özünü "azad sözün mütləqiyyətçisi” adlandıran Mask, "başqasını həqiqətən incitmədiyiniz müddətcə, istədiyinizi deməyə icazə verilməlidir” deyib.
Mikayıl