SpaceX və Tesla-nın baş direktoru İlon Mask əlində çini lavabo ilə Twitter-in San-Fransiskodakı baş ofisinə daxil olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, SpaceX və Tesla şirkətinin rəhbəri İlon Mask sosial media hesabında maraqlı video paylaşaraq izləyicilərini təəccübləndirib.
Belə ki, cümə günü Twitter-in alınması üçün müqavilə imzalayacağı açıqlanan Mask əlində çini lavabo ilə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərindəki Twitter Baş Qərargahına daxil olub. Musk sözügedən videonu "Twitter mərkəzinin girişi. Bu içəri girsin" ifadələri ilə paylaşıb.
Aprel ayında Twitter-ə bir səhm üçün 54,20 dollar qiymət verən Mask, Twitter ilə cəmi 44 milyard dollarlıq alış müqaviləsi ilə bağlı razılığa gəlib. Twitter-dəki bot hesablarının şirkətin iddia etdiyindən daha çox olduğunu bildirən Musk keçən iyul ayında müqaviləni ləğv edib. Twitter Maskın ittihamlarını rədd edib və müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə verib. Sonrakı günlərdə Twitter və Mask arasında razılıq əldə edilib.
Mikayıl