Elon Maskın görün kimdən uşaqları var imiş

Elon Maskın görün kimdən uşaqları var imiş
DÜNYA
12:09 08.07.2022
703
Elon Maskın öz şirkətində işləyən menecerdən əkiz uşaqları var.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar "Twitter” alması ilə gündəmə gələn Elon Mask bu dəfə çox fərqli bir mövzu ilə gündəmə gəlib. Ortaya çıxan sənədlərdə Maskın 2021-ci ildə öz şirkətində çalışan bir menecerdən əkiz uşaqları olduğu bildirilib.

ABŞ-ın ən əhəmiyyətli mətbuat qurumlarından biri olan "Business İnsider” ötən ilin noyabr ayında hazırlanan bəzi məhkəmə sənədlərini ortaya çıxarıb.

Məhkəmə sənədlərində 51 yaşlı Mask və 36 yaşlı Zilisin uşaqlarının soyadlarının Mask olduğu bildirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR