‘Elşad Abdullayev əlindəki videonu yayırsa, yaysın...’ - Mətanət İsgəndərli

SİYASƏT
12:46 07.06.2013
3583

Əməkdar artist söz-söhbətlərdən yorulduğunu deyir.

Mühacirətdə olan ABU-nun keçmiş rektoru Elşad Abdullayev müğənni Mətanət İsgəndərlinin ünvanına yeni ittihamlarla çıxış edib. Qiyamçı professor qardaşı Mahir Abdullayevin oğurlanması cinayətini bilib gizlətdiyinə və istintaqa yalan ifadə verdiyinə görə M. İsgəndərlinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. O, Mətanət İsgəndərliyə xəbərdarlıq da edərək onunla söhbətlərinin videoyazısının yaymaq məcburiyyətində qalacağını da bildirib. Moderator.az qiyamçı professrun bu ittihamlarına münasibət öyrənmək üçün müğənni Mətanət İsgəndərliyə müraciət edib. Əməkdar artist Elşad Abdullayevin ziddiyyətli açıqlamalarından cana doyduğunu bildirib: “Mən bu söhbətlərdən yoruldum. İnsan bir şeyi nə qədər danışar. Nə lazımdırsa, istintaqa demişik. İndi Elşad Abdullayev nə deyir, nə danışır, bu, məni narahat etmir. İndi deyir əlimdə başqa video var, mənsə bundan narahat deyiləm. Yayırsa, yaysın. Bu söhbətlər bitsin daha, yoruldum.”

Ans Press

OXŞAR XƏBƏRLƏR