"Əvvəlki dövrlərdən fərqli olaraq DİN-ə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir”.
AZXEBER.COM xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
"Xalqımız Azərbaycan dövlətinin yanında olduğunu, antiterror tədbirlərini dəstəklədiklərini bildirirlər. Azərbaycan cəmiyyətində dövlətin, hərbi qulluqçuların, polisə mövqeyi ifadə olunur”, - DİN rəsmisi əlavə edib.










































