Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose həbs edilib.
AZXEBER.COM xəbər verir ki, onun həbs edilməsinə səbəb reperin Yasamal rayonu, Ş.Qurbanov küçəsində gəzərək ünvansız nalayiq ifadələr işlətməsi və həmin anları çəkərək sosial şəbəkədə paylaşması olub.
Qeyd edək ki, yayılan görüntülərdən sonra 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Həmin görüntünü təqdim edirik:










































