Hər halda Elçibəyin səhhəti haqqda ən səhih məlumatlar güman edirəm onun yaxın çevrəsinə və qohumluq əlaqəsində olduğu şəxslərə daha çox bəlli olub.
Odur ki, bu mövzunun üzərindən sükutla keçmək olmaz.
Azxeber.com-un məlumatına görə, bu fikirləri politoloq Elşən Musayev eks president Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə”Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevin mediaya və ictimaiyyətə ünvanladığı müraciətə münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, H.Əliyev Ə.Kərimlini Elçibəyin zəhərlənməsində, Elçibəyə ünvanlanan pulun mənimsəmlənməsində, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırıb.
Politoloq daha sonra bunları söyləyib:
“Ümumiyyətlə AXCP sədri Əli Kərimli Elçibəyin zəhərlənməsi ilə bağlı məsələ gündəmə gəldiyi gündən özünü şübhəli aparıb və eyni zamanda ictimaiyyət üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən bu mövzudan maksimum şəkildə yayınma xətti götürüb. Səbəbi isə heç şübhəsiz sadəcə özünə bəllidir.
Amma real gerçəkliyin fonunda hər kəsə məlum olan bir həqiqət var ki, o da Əli Kərimlinin heç bir zaman Elçibəyin liderliyini qəbul etməməsidir. Ona qarşı davamlı olaraq siyasi istehkamlar qurmasıdır.
Elçibəyi gözdən salmaq, onun cəmiyyət içində imicini korlamaq, onu bir şəxsiyyət kimi gözdən salmaq üçün əlindən gələni əsirgəməməsidir.
Bu dediyimə sübut olaraq müxtəlif tədbirlərdə öz yetişdirdiyi insan tərəfindən onun naşı lider olmasına dair fikirlərin səslənlməsini, eyni zamanda Əbülfəz bəy haqqda aşağılayıcı video disklərin kütləvi şəkildə yayılmasını misal çəkmək olar.
Ən qəribəsi isə budur ki, həmin o sonda qeyd etdiyim ifşa xarakterli video materialların bu gün özünü azadlıq aşıqı və inqilab carçısı adlandıran bir jurnalist xanım tərəfindən hazırlanaraq yayıldığı söylənilir.
Heç şübhəsiz, Əli Kərimlinin tapşırığı ilə!
Bir daha bildirmək istəyirəm ki, böyük ehtimalla ortada digər, eyni zamanda ictimaiyyətə bəlli olmayan kifayət qədər sayda faktlar da var.
Belə olan halda isə Hürrü Əliyevin söylədiyi fikirlərin daha dərindən araşdırılmasına, eyni zamanda iddia olunan faktın hüquqi və siyasi təfərrüatına varılmasına zəmin yaranır.
Ayrıca, Hürrü Əliyev kifayət qədər ciddi adamdır və Əbülfəz bəyin ən yaxın qan qohumlarındandır.
Məncə durub-dururkən onun kiməsə iftira atması üçün heç bir səbəb və zərurət yoxdur. Adam demək nəsə bilir ki, bu qədər iddialı danışır”.