Elşən Musayev: 'Son aksiya hörmətsiz bir adamın övladına etdiyi toy məclisinə bənzəyir'

Elşən Musayev:
13:00 28.01.2013
1346

Bu ölkədə baş verən ən kiçik məişət hadisəsinin fonunda belə öz siyasi, anti-milli maraqlarını reallaşdırmağa çalışan radikal müxalifət təmsilçiləri məncə son aksiyadan sonra sahib olduqları potensial, elektorat, perspektiv haqda ciddi-ciddi düşünməlidirlər.

Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev bir qrup müxalifətçi gəncin həftə sonu reallaşdırmaq istədiyi aksiyaya münasibət bildirərkən söyləyibPolitoloq daha sonra bunları əlavə edib:“Sözün əsl mənasında biyabırçılıqdır. Məqsəd yox, məram yox. Biri dalandan çıxır, biri tindən qaçır. Bunlardımı Azərbaycan gəncliyi? Bunlardımı bizi, xalqı, milləti gələcəkdə təmsil etmək iddiasında olanlar?!Hardadır “topa güllə qoyanlar”? Hardadır, bu millətin gənc nəslini zombiləşdirmək üçün əllərindən gələni əsirgəməyənlər? Hardadır İsa Qəmbər, Əli Kərimli?!Biri Lənkəranda silsilə şou-proyektlər reallaşdırmaqla məşğuldur, digəri populist çıxışlarla özünün qəhrəman obrazını yaratmağa çalışır!Və.. nə qəribdir ki, özünü müxalifət lideri adlandıran, müxalifətçiliyi inhisarda saxlamağa cəhd edən bu iki şəxsin saxta siması, yırtılmış maskası öz ətraflarındakı siyasi kamikadzelərdən başqa hər kəsə bəlli və məlumdur!Amma yenə də fanatcasına, sadəlöhvcəsinə, dırnaq içində”qəhrəmancasına”, avamcasına, inanarcasına meydanlarda şütüməyə davam edirlər!Qanunu pozmaq, türməyə girmək öz aləmlərində bunlar üçün şərəf, haqq uğrunda mübarizə məsələsidir! Fəqət fərqində deyillər ki, şərəfin də, haqqın da, dövlətçiliyin də, Azərbaycançılığın da meyarları, etalonları fərqlidir. Onların düşüncə həndəvərindən çox-çox uzaqlardadırBir-iki qrup gəncin, rabitəsiz toplunun meydandakı görüntüsü təxminən bilirsinizmi nəyi xatırladır?!- Hörmətsiz bir adamın övladına etdiyi toy məclisini…!

Ortalıqda heç kim yoxdur! Kimsə tərəfindən sayılmırlar! Bir kimsənin marağında deyillər!Bu gedişlə isə çox uzağa gedə bilməyəcəklər..

İstər seçki ili olsun, istər adi il – fərq etməz! Bunların bacaqdığı budur!

OXŞAR XƏBƏRLƏR