Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev mətbuatda müxalifətin 2013-cü ildə formalaşdıracağı keçid hökümətində iştirak edəcək şəxslərlə bağlı təqdim olunan siyahıya münasibət bildirərkən söyləyib. Politoloq daha sonra bunları əlavə edib: Gerçəkdən absurd və gülünc bir siyahıdır: Tural Abbaslının, Pənah Hüseynin nazir kimi nəzərdə tutulduğu sıralamaya məncə başqa ad vermək olmaz. Həmin siyahıya nəzər salarkən bir daha məlum olur ki, Azərbaycan müxalifəti sözün həqiqi mənasında kadr defisiti ilə üz-üzə qalıb. “Siyasi psixoz”un ən son və ən ağır simptomlarını daşıyır. Ağıllarına və ağızlarına gələni sərsəmləməkdə qərarlıdırlar. Bunun səbəbi isə, son 20 illlik fəaliyyətin insan resursuna deyil, pafoslara, şablonlara, boğazdan yuxarı kəlmələrə həsr edilməsi, əsaslanması olub. Və deyim ki, əslində,”kölgə kabineti”nin seçkiyə bu qədər müddət qala ortaya çıxması gözlənilən idi. Belə ki, hələ aylar öncə ölkəmizdə qərarlaşan diplomatik korpusun nümayəndələri ilə müxalifət arasında keçirilən separat görüşdə, yazılı formalı kadr siyahısının ortaya qoyulması ilə bağlı diskusiyalar haqqda bəzi informasiya sızmaları vardı. Demək, artıq vaxt, vədə yetişib və ortaya bir siyahı çıxarrmaq məcburiyyəti yaranıb. Belə olan halda isə aralarındakı ən yaxşıları öz aləmlərində süzgəcdən keçirib, lazımsızları da çıxdaş ediblər. Nəticə olaraq isə yenə də son dərəcə gülməli və acınacaqlı bir durumla qarşı-qarşıya qalıblar. Ayrıca, mənə çox maraqlıdır ki, məsələn bu ölkədə görəsən neçə nəfər Əli Kərimlini baş nazir kimi təsəvvür edir?! Və ya hər şey bir yana, son dərəcə ambisioz xarakter sahibi olan bu adam İsa Qəmbərin prezident reqlamentinə tabe olarmı? Bizlər bir yana, görəsən adları şəkilən dırnaqarası liderləri müxalifətin öz təmsilçiləri eyni komandada, eyni sırada gözləri özünə gətirə bilirmi?! Axı hələ siyasi uğursuzluğun girdabında üzmüşkən, üstəgəl ortada paylaşmalı və bölüşməli heç nə yoxkən bir birinin ətini yeyən,qanını içməyə hazır olan bu iki simanı(?!) hansı təxəyyül, hansı şüur, hansı beyin eyni cərgədə sıralanan fərd kimi təsvir edə bilər?! Ya da, Pənah Hüseyn. Onun Daxili İşlər Nazirliyinə, polis orqanlarına nə aidiyyəti var?! Qənimət Zahidin diplomatiyaya, şair Sabir Rüstəmxanlının rabitəyə nə dəxli var? Hansı meyarla ortaya atılıb bu adlar?! Tural Abbaslının “vid-fason”una baxıblarmı, o siyahını ərsəyə gətirənlər? Bu adama 10 dənə qoyun etibar etmək olmaz, o ki qala nazirlik!..Məgər onun sifətində sanki əllə yazılan və natural şəkildə pərçimlənən səviyyəsizlik, təhsilsizlik, bəsit əda, düşüklük gözlə görünən həddə deyilmi?! Axı bu adam elə bir təfəkürün sahibidir ki, şalvarının kəmərini bağlamalı olsa, ən az 3 saat düşünməyə ehtiyaci var... Və..son bir nüansa toxunum – Elşad Abdullayevin baş nazirin müavini kimi təqdim olunmasına! Bu fakt həqiqətən dünyanın sonunun gəldiyini göstərən əlamətdir. Eyni zamanda bədbəxt rektorun uğursuz şousuna seçki öncəsi stimul vermə məqsədi daşıyır. Onun düzənlədiyi təxribatların qarşılığında vəd olunan mükafat jestidir! Bax, belə məqamda deyirlər, “Utanım yerinizə!” Gör nə günə qaldınız ki, yayımladığı videolarla ilk öncə özünü ifşa edən Elşad kimi dələduzun, rüşvətxorun, harının köməyinə ehtiyac yaranıb! Ona baş nazirin müavini(özü də birinci müavini!) vəzifəsini vəd etmək zərurətindən yan keçmək mümkün olmayıb ”