'Çelsi' Çempionlar Liqasının ilk finalçısı oldu - VİDEO

İDMAN
02:34 25.04.2012
1525
Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Bu, möhtəşəm “Nou Kamp” stadionunda baş tutan “Barselona” – “Çelsi” matçının nəticəsindən sonra bəlli olub.Bu komandalar arasında 1 həftə əvvəl Londonda keçirilən görüşdə “zadəganlar” qələbə qazandığından (1:0), “Barsa” öz meydanında 2 top fərqi ilə qələbə qazanmalı idi. İspanlar 35-ci dəqiqədə rəqibini cəzalandırmaqla, ümumi hesabı bərabərləşdiriblər. London təmsilçisi bundan az sonra daha bir zərbə alıb. Rəqibə qarşı kobud oynayan Con Terri meydandan qovulmaqla, komandasını azlıqda qoyub. Bu azmış kimi, 7 dəqiqə sonra “Barselona” ikinci topu vurub – 2:0.Bundan sonra çoxları “Barsa”nın asan qələbə ilə mərhələ keçəcəyini düşündüyü bir vaxtda “Çelsi” hesab arasındakı fərqi azaldıb. İlk yarıya əlavə olunmuş 1-ci dəqiqədə Ramires aşırma zərbə ilə buraxılan qollardan birinin əvəzini çıxıb. Əsl möcüzə isə ikinci hissədə baş verib. Messi 11 metrlik cərimə zərbəsini boşa verib. Matçın son saniyələrində isə əvəzləmədən meydana çıxan Fernando Torres turnirin son qalibi olmuş "Barselona"nın nütün planlarını alt-üst edib – 2:2. Bununla, azlıqda qalmasına baxmayaraq, “Çelsi” əzmkarlıq sayəsində finala vəsiqə qazanan ilk komanda olub.London təmsilçisinin finaldakı rəqibi bu gün baş tutacaq “Real” – “Bavariya” matçında bəlli olacaq. Qeyd edək ki, ilk oyunda Münhen təmsilçisi qələbə qazanmışdı - 2:1. 24 aprel“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:2İlk oyun: 0:1QOLLAR: Buskest, 35; İniyesta 43 - Ramires, 45+1; Torres, 90Qırmızı vərəqə: Con Terri 37

OXŞAR XƏBƏRLƏR