İngiltərənin "Çelsi" klubu heyətini iki futbolçu ilə gücləndirib.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano sosial şəbəkə hesabında bildirib.
"Zadəganlar" "Sportinq"dən (Portuqaliya) yarımmüdafiəçi Geovani Kenda və icarə əsasında "Las Palmas"da (İspaniya) çıxış edən müdafiəçi Dario Esuqa ilə anlaşıb.
Hər iki transfer London klubuna ümumilikdə 74 milyon avroya başa gəlib.