"Çelsi" ispaniyalı baş məşqçi ilə danışıqlar aparır

İDMAN
19:31 04.04.2023
288
İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərədə işləyə bilər.

53 yaşlı mütəxəssis "Çelsi" klubu ilə danışıqlar aparır.

London təmsilçisi bu yaxınlarda uğursuz nəticələrə görə Qrem Potteri istefaya göndərib və yeni baş məşqçi axtarır.

Qeyd edək ki, Enrike dekabrın əvvəlində İspaniya yığmasından ayrılıb.
OXŞAR XƏBƏRLƏR