"Çelsi" klubu yaponiyalı qapıçı ilə maraqlanır

"Çelsi" klubu yaponiyalı qapıçı ilə maraqlanır
İDMAN
14:18 20.01.2025
242

İngiltərə təmsilçisi "Çelsi" İtaliyanın "Parma" klubunun yaponiyalı qapıçısı Sion Suzuki ilə maraqlanır.

"Zadəganlar" 22 yaşlı qolkiperi heyətinə qatmağı düşünür.

"Parma" tərəfi isə "əlcək sahibi" üçün 40 milyon avro qiymət müəyyənləşdirib.

Qeyd edək ki, S.Suzuki cari mövsüm İtalya komandasının heyətində 20 oyunda 31 qol buraxıb, 3 qarşılaşmada isə qapısının toxunulmazlığını qoruyub.

 


OXŞAR XƏBƏRLƏR