"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub

İDMAN
18:37 19.12.2015
1923

Qus Hiddink İngiltərənin "Çelsi" futbolklubuna baş məşqçi təyin olunub.AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb.

Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: "Çelsi" dünyanın ən güclü klublarındandır. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasınısəbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar.

OXŞAR XƏBƏRLƏR