"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər

"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər
İDMAN
11:26 13.12.2025
115
İngiltərənin "Çelsi" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən Usman Dyomande ilə maraqlanır.

AZXEBER.COM xəbər verir ki, "zadəganlar" qarşıdakı transfer dönəmlərindən birində 22 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

İngiltərənin digər klubu "Kristal Pelas" da oyunçunu yaxından izləyir.

Fildişi Sahilindən olan futbolçu müqaviləsində bəndə əsasən 80 milyon avro qarşılığında "Sportinq"dən ayrıla bilər.

Qeyd edək ki, Usman Dyomande cari mövsüm "Sportinq"in heyətində 11 matçda meydanda olub.
 
"Report"
OXŞAR XƏBƏRLƏR