"Çelsi" Tosin Adarabioyo ilə müqavilə imzalayıb

İDMAN
18:59 07.06.2024
152
İngiltərənin "Çelsi" klubu Tosin Adarabioyo ilə müqavilə imzalayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, sonuncu dəfə İngiltərənin "Fulhem" klubunda çıxış edən müdafiəçi Premyer Liqanın 2023/2024 mövsümündə meydana çıxdığı 25 oyunda iki qola imza atıb. "Transfermarkt" portalı ingiltərəli futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR