''Çelsi''dən dən Falkaoya 57 milyon avroluq təklif

İDMAN
11:19 14.10.2012
1257

"Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "As"a istinadən verdiyi məlumata görə, "Çelsi"nin sahibi Roman Abramoviç kolumbiyalı futbolçunun transferi üçün "Atletiko"ya fantastik məbləğ təklif edib.

Rusiyalı iş adamı Falkaonun keçidinə 57 milyon avro xərcləməyə hazırdır. Futbolçu da "Çelsi"nin təklifini müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Falkao yanvar ayından "Çelsi"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsüm "Porto"dan "Atletiko"ya transfer edilən Falkao keçirdiyi 38 oyunda 30 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR