"Qalatasaray"ın 25-ci çempionluğunda mühüm rol oynayan Viktor Osimhenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik sarı-qırmızılı azarkeşləri narahat edir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Osimhenin namizədəri arasında "Çelsi"nin də olduğu bilinərkən, İngiltərə klubunun gecə yarısı etdiyi paylaşım "Qalatasaray" azarkeşlərini qorxudub.
Sözügedən paylaşımda Osimhenin maskasına bənzər maska yer alıb və bu, pərəstişkarlarını şoka salıb.
Əvvəlcə bayraq emojisini görməyən "Qalatasaray” azarkeşləri "Çelsi”nin Osimheni açıqlayacağını düşünüblər.
"Çelsi"nin bu postu ekvadorlu futbolçu Moises Kaysedo yoxsa Osimhen üçün etdiyi bəlli deyil.
Gülay