"Çelsi"nin futbolçusu karyerasını Portuqaliyada davam etdirə bilər

"Çelsi"nin futbolçusu karyerasını Portuqaliyada davam etdirə bilər
İDMAN
19:31 16.04.2025
416
İngiltərənin "Çelsi" klubunun futbolçusu Joau Feliks karyerasını Portuqaliyada davam etdirə bilər.

"Benfika" klublararası dünya çempionatından əvvəl 25 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Hazırda icarə əsasında İtaliyanın "Milan" klubunun formasını geyinən futbolçu daha əvvəl (2016-2019) də Portuqaliya təmsilçisində çıxış edib.

Qeyd edək ki, J.Feliks A Seriyasında keçirdiyi 9 oyunda qol vurmayıb. Onun icarə müddəti mövsümün sonunda başa çatacaq.
OXŞAR XƏBƏRLƏR