"Çelsi"nin müdafiəçisi "Real Madrid"ə keçir

"Çelsi"nin müdafiəçisi "Real Madrid"ə keçir
İDMAN
14:44 23.04.2022
373
İngiltərənin "Çelsi" klubunun futbolçusu Antonio Rüdiger karyerasını İspaniyada davam etdirəcək.

Bu barədə italiyalı jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, 29 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə razılıq əldə etməyə çox yaxındır. Almaniyalı oyunçu mövsümün sonunda "kral klubu"na azad agent kimi keçəcək.

Qeyd edək ki, Antonio Rüdiger 2017-ci ildən London təmsilçisinin formasını geyinir.
OXŞAR XƏBƏRLƏR