"Çelsi"nin qapıçısı "Real Madrid"də

"Çelsi"nin qapıçısı "Real Madrid"də
İDMAN
11:10 09.08.2018
3588
"Çelsi"nin qapıçısı Tibo Kurtua karyerasını "Real Madrid"də davam etdirəcək.
 
2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Kurtua tibbi müayinədən keçəcək və "Santyaqo Bernabeu”da "Real"ın futbolçusu kimi təqdim olunacaq. O, yeni klubu ilə 6 illik müqavilə imzalaycaq. "Zadəganlar" bu keçiddən 40 milyon avro qazanacaq.

Qeyd edək ki, Kurtua "Çelsi"yə 2011-ci ildə "Genk"dən transfer olunub. Üç il "Atletiko"da icarə əsasında çıxış edən belçikalı London klubunda 2014/15 mövsümündə debüt edib.
 
///sia.az
OXŞAR XƏBƏRLƏR