İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. O, 85 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Marvin Hinton 1963-1976-cı illərdə "Çelsi"nin şərəfini qoruyub.