“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib

İDMAN
20:06 25.04.2023
258
İngiltərənin "Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, London təmsilçisi Mauritsio Poçettino ilə ilkin müqavilə imzalayıb. Xırda detallar da həllini tapdıqdan sonra argentinalı mütəxəssis rəsmi sözləşməyə qol çəkəcək. O, iyunda komandanın sükanı arxasına keçəcək.

Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubuna rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR