Dünyanın ən məşhur müğənni və bəstəkarlarından biri, ingilis Elton Con qeyri-rəsmi nikahda yaşadığı Devid Fernişlə münasibətlərini rəsmiləşdirmək niyyətindədir.
Elton Conun dediyinə görə, toy may ayında olacaq.
"Britaniyada eyni cinsdən olan insanların nikahlarına artıq icazə verildiyi üçün biz də toy edəcəyik. Kiçik, sadə toyda mən gəlin, Devid bəy olacaq. Münasibətlərimiz başlayandan bəri Britaniyanın müvafiq qanunvericiliyindəki dəyişiklikləri izləyirdik. Bu dəyişikliklərə görə ölkəmlə fəxr edirəm", -
Elton Con deyib.
Elton Con və Devid Fernişin qeyri-rəsmi nikahda iki övladları var. Zakari və Elayca adlı oğlanları surroqat analar doğublar.(milli.az)