Elton Con xəstəxanaya yerləşdirildi

Elton Con xəstəxanaya yerləşdirildi
MAQAZİN
17:50 28.08.2023
276
Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib.

Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib.

Elton Conun gecə saatlarında yüngül xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, 76 yaşlı musiqiçi iyunun sonunda son çıxışını edib. "Rolling Stone” musiqi jurnalının məlumatına görə, Elton Con ən nəhəng ifaçılar siyahısında 49-cu yerdədir.
OXŞAR XƏBƏRLƏR