Müğənni Elton Hüseynəliyev estetik etdirən həmkarlarından danışıb.
AZXEBER.COM xəbər verir ki, əməkdar artist Elton Hüseynəliyev ARB TV-də yayımlanan "Maqazin Plus"a danışıb.
O kişilərin estetik etməsi mövzusuna da toxunub: "Deyirlər ki, səhnə qurban tələb edir. Səhnə qurban tələb etmir. Biz kişi xeylağıyıq. Məsələn mənim saçım ağarsa, ağ olaraq təbiidir, gözəldir. Mənim fikrimcə bu prosedurları xanımlar etsə daha yaxşı olar".