Elton Məmmədov: Kimlərsə AMEA-ya ləkə yaxır

Elton Məmmədov: Kimlərsə AMEA-ya ləkə yaxır
SİYASƏT
13:00 29.10.2025
821
"Kimlərsə Azərbaycan Milli Elmlər Akademiyasına ləkə yaxır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında sabiq deputat Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında mənimsəmədə adının hallanması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
 
Sabiq deputat mənimsəmə haqda yayılan xəbərləri təkzib edib: 

"Heç bir mənimsəmə faktını qəbul etmirəm. Bu tipli məlumatlarla kimlərsə Azərbaycan Milli Elmlər Akademiyasına ləkə yaxır”. 

Xatırladaq ki, mediada yayımlanan xəbərə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib. 

Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR