Elton: ''Mən biilmirəm Röyanı kim belə yönəldir'' - MÜSAHİBƏ

MAQAZİN
10:29 12.09.2012
3064
Müğənni Elton Hüseynəliyevin müsahibəsi- Elton Hüseynəliyev çoxdandır efirlərdə, mətbuatda görünmür. Haralardasız niyə şou-biznesdən uzaq düşmüsüz? Nə yenilikləriniz var?- Düzdür, çoxdandır görünmürəm. 3 aydan çoxdur mediadan uzaqlaşmışam. Bu müddət ərzində yeni mahnılar yazdırmışam. Bir mahnı artıq radiolarda səslənir, adı “Gecə gözlüm”dür. Bu mahnımın sözləri meyxanaçı Pərviz Bülbülənindir, musiqisi isə Hacı Nazimə məxsusdur. Bu mahnımı Türkiyədə ərsəyə gətirmişəm, Türkiyənin məşhur klarnet ustası Hüsnü Şənləndiricinin ifası da var. Artıq 5 mahnı hazırlamışam, oktyabr ayında yeni albomum çıxacaq. Yeni klip də çəkdirməyi düşünürəm, birlikdə təqdimat edərəm. Solo konsert verməyi də düşünürəm.- Xalq artisti Aygün Kazımova ilə duet oxumağa hazırlaşırsan. Bu haqda danışardın?- Bəli, Aygün xanımla duetimiz olacaq. Bir mahnım vardı, mən oxudum, prodüserim Anar Mədətov mənə məsləhət gördü ki, bu mahnı duetlik mahnıdır. Bu mahnını gənc bir bəstəkar yazıb. Aygün xanıma duet təklif etdik, 3 gün keçdi, Aygün xanım duet təklifimizi qəbul etdi. Həmin günün səhəri mən toyda idim Aygün xanım Toliklə birgə gəldi və özü mənə dedi ki: “Mən artıq açıqlama verdim ki, efirdə Eltonla duetimiz olacaq. Xeyirli olsun bu işimiz”. Ən birincisi mənim Aygün Kazımovaya hörmətim bir idisə, min oldu. Çünki, bizim duet təklifimizi çox kübarcasına qəbul etdi. Ən çox da məni sevindirən oldu ki, Aygün xanım birinci addım atıb duetimiz barədə efirdən özü dedi. Mən həmişə demişəm Aygün Kazımova gənclərə çox dəstək olub. Həm bizim Aygün xanımla bir yox, bir neçə duetimiz olacaq. Mən onun səsini də çox bəyənirəm. Bir sözlə Azərbaycanın bir Aygünü var, çox sağ olsun.- Deyəsən, Siz Aygün Kazımovaya duet təklif etməzdən qabaq bu təklifi Röyaya etmisiz və o da sizə gec cavab verib. Bu doğru məlumatdır?- Düzdür, bu mətbuatda çıxdı, amma inanın mənim bundan xəbərim olmayıb. Mənə elə gəlir ki, bu Aygün Kazımova və Röya qalmaqalına görə idi. Əslində burda mənlik bir şey yoxdur, mənim Aygün Kazımovaya da böyük hörmətim var, Röyaya da. Onların arasında nə olubsa öz şəxsi işləridir, mən qarışa bilmərəm. Röya ilə duet oxumağın arzusunda idim. Düz “Azəri star” vaxtından. Mən Röyaya 3 dəfə duet təklif etmişəm, birinci dəfə mahnı seçimim düz olmadı, alınmadı. Daha sonra başqa bir mahnı tapıldı, biz Röyayla görüşdük. Onda Toliklə işliyirdi, mahnını dinlədik, mənim də xoşuma gəldi, onun da. Amma ondan sonra Röyadan heç bir xəbər çıxmadı. Bu xəbəri oxuyandan sonra Röya mənə zəng elədi ki, “bu nə məsələdir?”. Mən də dedim mənə niyə zəng eləmisən? Bilmirəm yanında işləyən biri var, Ülviyyədir kimdir, mətbuat katibidir deyəsən. Mənə dedi o, araşdırır tapar bu xəbəri mətbuata kimin yaydığını. Mən də dedim mənim xəbərim yoxdur, özüm də araşdıraram. Mən yenə deyirəm, ona 3 dəfə duet təklif etmişəm. Röya da nə hə deyib, nə də yox. “Baxarıq” deyib. Mən Röyanı qınamıram, işi çox ola bilər, nə isə alınmadı da... Onu deyim ki, mən seçim qarşısında qalmamışam, sadəcə olaraq biz Aygün Kazımovaya təklif etmişik, o da “hə” deyib, onunla duet oxuyacağıq. 5 duet mahnımız olacaq Aygün xanımla və inşallah bu mahnılara albom da çıxartmaq istəyirik.- Röya sənin gedib duet oxumadığını, məsuliyyətsizlik etdiyini iddia edir, doğurdanmı belə olub?- Yox. Razı deyiləm, heç vaxt məsuliyyətsizlik etməmişəm. Mən az duet oxumuşam, hamısı da sevilən olub. Natavanla oxuduğum duet hələ də sevilir, inanın hər el şənliklərində bu dueti məndən istəyirlər. Sevda Yəhyayeva ilə oxuduğum duet, o da çox yaxşı oldu. Mən kimə duet oxuyaq deyirəmsə, ona çox məsuliyyətlə yanaşıram. Mən Röyanı ağıllı və işin bilən bir insan kimi tanıyıram. Bilmirəm onu kim belə yönəldir, kim ona nəsə yalandan xəbər verir. Amma sırf mənə qarşı diqqətsizlik oldu. Mən dedim, hətta bütün xərcləri də özüm çəkirəm, hər şeyi klipə qədər sadəcə, Röya gəl duet oxuyaq. Amma Röyadan hə cavabı ala bilməmişəm. Röya ilə aramız normal olan bir vəziyyətdə “salam-sağ ol”-umuz olan halda internetdə bir xəbər görür, heç mənim adım da yazılmayan xəbər, kim deyib necə olub bilmirəm. Ona görə yığıb mənlə aqressiv danışır. O, xəbəri Aygün Kazımova da görmüşdü, o da məni yığıb deyə bilərdi ki, bu nə məsələdir, seçim qarşısında qalmısan bizim aramızda. Əslində birinci adam araşdırar, insandır da ola bilsin nəyisə yalnış da anlaya bilər. Yenə deyirəm mən seçim qarşısında sözün işlətməmişəm, heç xəbərim də yoxdur bundan. Qısacası deyim, mən bir insana hörmət edirəmsə, bu axıra qədər də davam edir. Mənim dostum əgər mənim düşmənimlə dostluq edirsə, heç vaxt ona qarışmaram, öz işidir. Əsas olan mənim dostumdur. Röyanın mənə bir jesti olub, mən onu yazmışam könül dəftərimə onun xətrini də çox istəyirəm. Mən qarışmıram onların arasında olan problemə, sadəcə öz işimi görürəm, vəssalam.- Bundan sonra Röyanı görsəniz salam verib görüşərsiz?- Hə, həmişə onu görsəm salam verərəm, istəyər alar, istəməzsə almaz. O, qadındır ola bilsin nəyisə düz başa düşməyə bilər. O, internetdə çıxan xəbərdən də mənim heç məlumatım yoxdur, kim yayıb necə olub.- Sənətində daha nə yeni ekskluziv işlərin var?- Mən Türkiyənin məşhur bir müğənnisi ilə duet oxuyacam. Hələ adını demirəm, qoy tam hər şey hazır olsun, sonra. Bildiyiniz kimi Aygün xanımla duetimiz olacaq. Duet mahnımız “Gecə Gözlüm”ə klip çəkiləcək. Onun rejissoru turk Hakan Məmməd olacaq. Bu rejissor Tarkanın “Parə-parə” mahnısını lentə alıb. Amma klip, Bakıda çəkiləcək rejissor özü gələcək ölkəmizə, burda klipi ərsəyə gətirəcəyik. Burda telekanallarda da yayımlanacaq, sadəcə rejissoru biz dəvət etmişik bura.- Türkiyə şou-biznesinə qatılmaq, orda özünü tanıtmaq fikirin var?- Yox, mən həmişə özümü Azərbaycan müğənnisi kimi görmüşəm. Birincisi orda tanınmaq üçün çox böyük pullar lazımdır, o da bizlik deyil. Şükür Allaha, vətənimizdə bizim üçün hər bir şərait var, tanınırıq da, sevilirik də. Dünyanın hər bir yerindən həmyerllilərimiz bizi dəvət edir, gedirik onların şənliklərində iştirak edirik. Bizdən Türkiyədə tanınan müğənnilər var, Aygün xanım, Briliant Dadaşova, elə Röya da... Əslində, mən də istəyərəm orada tanınım, amma İnşallah qismət olsa.- Sizi şou-biznesdən uzaqlaşdıran nə oldu?- Elə-belə adi anlaşılmazlıqlar. Həmişə yaxşı olursan, bir dəfə kiminsə bir tədbirinə vaxt edib gedə bilmirsən, işin olur ya da başqa nəsə bir şey... Elə şeyə görə adamla düşmən olmaq olmaz. Görəndə sifət eləmək ümumiyyətlə pisdir. Dəməli sən məni hansısa tədbirində və ya ad günündə iştirak etmək üçün istəyirsən. Həm də eyni mahnılarla efirə çıxıb insanları bezdirmək, çox danışmaqla insanları qıcıqlandırmaq olmaz. Özüm düşündüm ki, bir ara görünməyim yeni mahnılarımla, işlərimlə çıxım efirə. Qalmaqaldan da uzaq qaçmağa çalışıram, inanın heç kimin könlünü qırmaq istəmirəm. Ola bilsin nəsə dava edib reytinq qazanmaq olar, amma kiminsə qəlbini qırmaq çox pis şeydir. Məndən biri inciyəndə çalışıram özüm gedim onunla aramı düzəldim. 5 günlük dünyadır da, nəyə lazımdır bu davalar, düşmənçiliklər.- Rəqsanə ilə bir ara küsülü olduğunuz xəbərləri çıxdı. Hələ də bu haqda şaiələr gəzir ki, yamansız düzdümü bu?- Yox, mən Rəqsanə ilə danışıram. O, gün toyda birlikdə idik, mən onu təqdim elədim, gəldi, oxudu. Bu ay onunla 3 dəfə görüşmüşük. Mənə heç yaraşmaz mən xanımdan küsülü qalım.- Sizə şəxsi bir sual vermək istərdim. Ailənizdə vəziyyət necədir?- Çox yaxşıdır bu il böyük qızım Məryəm 15 sentyabrda artıq birinci sinifə gedəcək. Hazırda evdə hamı onun sevincini yaşayır. Kiçik qızım da bizə deyir “bəs mən nə vaxt böyüyüb məktəbə gedəcəm”. Ailəmə məsuliyyətim artıb artıq, anlamağa başlamışam bunu. Hər şey çox yaxşıdır ailəmdə. Ailə müqəddəsdir mən bütün ailələrə ruzi-bərəkət arzulayıram. Şükür allaha mənim ruzim allah yetirir. Bu gün ən çox toy gedən 5-müğənninin içində elə birincisi və tələb olununan müğənni mənməm. Amma mən heç də durub iddalı danışmıram. Mən Röyaya və bizim müğənnilərə demək istəyirəm gəlin mehriban olaq, bir-birimizlə düşmənçilik etməyək. Bizim bir düşmənimiz var o da ermənidir. Lazım deyil paxıllıq, etmək bir-birimizə.- Elton bəy, indiyə qədər toylara neçəyə getdiyinizi açıqlamamısız mediaya, hazırda toylara hansı qiymətə getdiyinizi deyə bilərsiz?- Hə, mən efirdə açıqlamamışam toya neçəyə getdiyimi. 7000 manata gedirəm hazırda toylara, amma bir neçə aydan sonra qiymət 8000 manata qalxacaq. Bu pulun hamısı da mənə qalmır, ətrafımda 10 nəfərdən idarət ansambl, prodüserim və iki nəfər köməkçim var, onlarla bölüşürəm aldığım qonararı. Toy var ki, mən pulsuz da gedib oxumuşam. Elə olub problem çıxıb gedə bilməmişəm toya. Toya görə narazı qalan insanlar da olur çünki, toylarım üst-üstə düşür gedə bilmirəm. Məndən kim inciyibsə və toyuna gədə bilməmişəmsə hamısından üzr istəməyə hazıram. Önəmli odur ki, bir-birimizi başa düşək və sevək.- Ətrafındakılar necədir? Dostlarından, işçilərindən razısanmı?- Mənim 5-6 dostum var, hamısı da öz işi ilə, zəhməti ilə pul qazanan insanlardır. Amma mən onlarla sadəcə yaxşı dostam, indiyə qədər nə borc istəmişəm nə də bir şey gözləmişəm onlardan. Prodüserim Anar Mədətovla biz 4 ildir işləyirik o, mənə pul qazandırıb yəni həm iş birliyimiz var, həm də dostluğumuz. Yanımda olanların hamısından çox razıyam. Çox insanlar məni namaz qılan insan kimi tanıyır, amma mən namaz qılan deyiləm, etiraf edirəm, Allah məni bağışlasın. Riyakar da olmamışam namazın, islamın adından istifadə etməmişəm. Mən də insanam, səhv edə bilərəm, inanın mən həmişə dostlarıma, insanlara yaxşılıq arzulamışam.- Sizi ən çox həyatda təsirləndirən nədir?- Məni ən çox təsirləndirən lap gənc vaxtlarımı düz yaşamamağımdır. Bir də indi insanların üzündəki zalımlıq, adamların bir-birlərinə amansız və zalım davranmalarıdır. Çox istərdim ki, hamı bir-birilə mehriban olsun.- Hamı bilir ki, siz “Azəri Star” yarışmasının iştirakçısı olmusuz. Digər iştirakçılarla hazırda münasibətləriniz necədir, hələ də görüşürsünüz?- Ayaz Qasımov, Nurlan Növrəsli, Emin Nəsirli ilə görüşürük, dostluğumuz var. Kənan MM-in həyat yoldaşı Aygün Şükürova ilə də yaxşı münasibətlərimiz var. Münasibətim hamıyla yaxşıdır. Orda olan uşaqların çoxu mənə deyir ki, sən qabağa getdin. Mən cavab olaraq onlara deyirəm ki, Allah sizə də qismət eləsin. Amma mən çox əziyyət çəkdim, bu yerə gəlmək üçün gecəmi-gündüzümə qatdım. Elə gün olub toylara getmişəm, ansamblın pulunu verib, özüm pulsuz evə qayıtmışam. İndi isə bəzən toy olanda görürsən özüm gedə bilmirəm, bir çox dostlarımı məsləhət görürəm. Yəni bir-birimizə kömək etməliyik, adam var paxıllıqdan heç nə demir.- Sizə bu şou aləmində paxıllıq edən çoxdur?- Hə, çoxdur. Hiss edirəm ki, mənə şou-biznesdə paxıllıq edən bir çox insanlar var. İmkanları olsa istəməzlər ki, Elton oxusun. Toylarda görürsən ki, adama paxılcasına baxırlar. Nə isə.. Allah hamının ürəyinə görə versin. Amin!- Görünmədiyiniz müddət ərzində yəqin pəhrizdə olmusunuz, arıqladığınız hiss olunur.- Hə, mən pəhrizdəyəm. Çünki Aygün xanımın yanında gərək yaxşı görünəsən.- Müğənni olduğunuza heç peşman olmusunuz?- Yox, heç vaxt. Hər şey yaxşıdır, şükür olsun Allaha. Mən işimdən çox razıyam.
//qafqazinfo

OXŞAR XƏBƏRLƏR