Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək

Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
MAQAZİN
17:17 14.03.2025
468
Əməkdar artist Elton Hüseynəliyev müəllim kimi fəaliyyət göstərmək arzusundan danışıb.

AZXEBER.COM verir ki, müğənni "Günə bax" verilişində qonaq olan sənətçi bildirib ki, bu onun uşaqlıq arzusu olub.
 
Elton bunun üçün rəsmi şəkildə müraciət edəcəyini deyib:

"Milli Konservatoriyaya müraciət edəcəyəm. Eyni zamanda İncəsənət Universitetinə baş vuracağam. Mənim arzum ilk Sumqayıt şəhərindən başlamaqdır. Çünki özüm oradan gəlmişəm. Müəllimlərimdən bəhrələndiyimi kimlərəsə öyrətmək istəyirəm. Yaxın günlərdə kim istəyirsə, ona təhsil verəcəyəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR