Eltonun 20 illik arzusu reallaşdı - VİDEO - FOTOLAR

MAQAZİN
12:30 21.12.2024
501
Mükəmməl sənət, ürəkləri oxşayan ecazkar musiqilər, möhtəşəm səs… Çoxdan gözlənilən əsl sənət gecəsi baş tutdu.
 
AZXEBER.COM xəbər verir ki, Əməkdar artist, tanınmış müğənni Elton Hüseynəliyev Heydər Əliyev Sarayında ötən gün sevənlərinə əsl musiqi zövqü yaşatdı.

"Nəğməli dünyam” solo konsert proqramında müğənni fonoqramsız, bekvokalsız iki saatdan artıq canlı ifaları ilə dinləyicilərinin qəlbini oxşadı. 

Solo konsert proqramında tanınmış sənət adamları, ictimai xadimlər, Eltonsevənlər iştirak etdi.

Müğənni konsertdən öncə mətbuat konfransı keçirib və media nümayəndələrinin suallarını cavablandırıb.

O, ən böyük arzusunu reallaşdırdığı üçün özünü xoşbəxt saydığını dilə gətirib:

"20 ildən sonra arzum reallaşdı. Heydər Əliyev Sarayında solo konsert vermək ən böyük arzum idi. Bu gün bu arzumu reallaşdırdım. Ən böyük arzularımdan biri də Şuşada konsert verməkdir. Gün o gün olsun, bu arzum da həyata keçsin”.

Konsertdən video və fotoları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR