İtaliyada şiddətli yağışlar selə səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Avropada can və mal itkisinə səbəb olan "Boris" fırtınası İtaliyanın şimalındakı bölgələrdən biri olan Emiliya-Romanyada da öz təsirini göstərməyə başlayıb.
İtaliyanın ANSA agentliyinin xəbərində dünən başlayan və gecə boyu davam edən yağışların Senio, Marzeno və Lamone kimi bölgədən keçən bəzi çay və dərələrdə daşqınlara səbəb olduğu bildirilib.
Bildirilib ki, bölgədə əlverişsiz hava şəraitindən ən çox zərər çəkən şəhərlər Bolonya, Çesena, Forli, Ravenna, Faenza və Rimini olub.
Qeyd olunub ki, Ravenna şəhəri yaxınlığındakı Senio çayında baş verən daşqın nəticəsində Kastel Bolonye şəhərinin mərkəzi su altında qalıb.
Gülay