"Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandanın heyətində yenidən meydana çıxması ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, futbolçu onu dəstəkləyən azarkeşlərə təşəkkürünü bu sözlərlə bildirib.
"Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”, - futbolçu əlavə edib.












































