Azərbaycanlı bloger Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.
Bu barədə "Кавказский узел" nəşri məlumat yayıb.
Onun pasportu qanunsuz hesab edilib. Elvin İsayev Rusiya ərazisində qalmaq rejimini pozmaqda günahlandırılıb və 5 min rubl məbləğində cərimələnib. Hazırda o, Leninqrad vilayətində miqrantlar üçün müvəqqəti saxlama mərkəzindədir və Azərbayacana deportasiya edilməsi gözlənilir.
Qeyd edək ki, Elvin İsayev Rusiya vətəndaşlığını 2001-ci ildə Şimali Osetiyada alıb. O, bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
///Qafqazinfo