Elvin Şükürov Rusiyada saxlanıldı

Elvin Şükürov Rusiyada saxlanıldı
SOSİAL
11:10 23.07.2025
251

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı əsilli iş adamı Elvin Şükürov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AZXEBER.COM Mİlli.az-a istinadən xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.

Aparılmış istintaq hərəkətləri nəticəsində Şükürovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.
OXŞAR XƏBƏRLƏR