Elvin üçün "Qarabağ"a üç milyon avroluq təklif gəlib?
İDMAN
23:13 13.02.2026
914
Nəriman Axundzadəni "Kolumbus Kru”ya satan "Qarabağ”ın daha bir oyunçusuna yeni təklif gəlib. Daha dəqiq desək, təkliflər.
AZXEBER.COMxəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.
Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri "köhlən atlar”a bu qədər təzminat ödəməyə hazırdır.
Sol cinah oyunçusunun "Qarabağ”la kontraktı gələn ilin yayında başa çatacaq.