Müğənni Elvin Babazadənin yeni təqdim etdiyi "Şah & Mat" adlı yeni klipi 3 günə trendə düşüb.
AZXEBER.COM xəbər verir ki, müğənni Elvin Babazadə sənət yolunda yeni və cəsarətli bir addım ataraq, "Şah və Mat” adlı klipini təqdim edib.
Klip yayımlandığı gündən etibarən sosial şəbəkələrdə və "YouTube"da böyük maraq doğurub.
Elə buna görə də yalnız 3 gün ərzində trend siyahısına düşərək Elvinin fanatları və musiqisevərlər arasında geniş rezonans yaradıb.