Elvira 9 ildir çalışdığı ATV-dən getdi

Elvira 9 ildir çalışdığı ATV-dən getdi
MAQAZİN
18:09 01.12.2017
1769

Aparıcı Elvira İsmayılova ATV-dəki fəaliyyətinə son qoyub.

Axşam.az-ın məlumatına görə, əvvəl kanalda, sonra isə 106.3 FM-də fəaliyyətini davam etdirən aparıcı bu haqda özü xəbər verib:

"Sağollaşmağı sevmirəm. Göz yaşardacaq sözlər yaza bilmirəm, xasiyyətim də icazə vermir. Amma bu o demək deyil ki, hiss etmirəm. Əziz ATV, səninlə hiss etdiklərim üçün təşəkkürlər. 7 ildir çalışdığım 106.3 FM və 1 ildir işlədiyim 106 FM radiosundan ayrıldım. 9 ildir mənimlə birlikdə çalışan, yardım edən və üzərimdə əməyi olan hər kəsə təşəkkürlər”.

Əldə etdiyimiz məlumata görə, Elvira 107.7 FM-də çalışacaq.

OXŞAR XƏBƏRLƏR