Dünyaca məşhur müğənni Elvis Preslinin qızı haqqında maraqlı fakt üzə çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Liza Mari Preslinin intihar etmiş oğlunun cəsədi ilə 2 ay eyni evdə yaşadığıməlum olub.
Bu fakt müğənninin qızı, aktrisa Riley Keough tərəfindən yazılan "Buradan Böyük Naməluma" memuarında yer alıb. Onun sözlərinə görə anası Benjamini o qədər sevirdi ki, onunla vidalaşmağa razılaşmırdı.
Xatırladaq ki, məşhur müğənninin nəvəsi və Liza Marinin ilk evliliyindən olan oğlu 2020-ci ilin avqustunda, 27 yaşında olarkən intihar edib. O, Kalabasasdakı öz evində özünü güllələyib.
Aysel