"Maliyyə mənbələrimiz bizdən hesabat tələb edə bilərlər. Misal üçün, UEFA, FİFA, SOCAR, UNİCEF və digər tərəfdaşlarımıza bütün xərclər barədə məlumat veririk.
AZXEBER.COM xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, klublar da şəffaf fəaliyyət göstərməlidir: Onlar pul verirlərsə, deməli, bu hesabat onların haqqıdır. Ona görə də klublara gələn vəsaitin də şəffaf şəkildə açıqlaması, hesabatı olmalıdır. Necə ki, AFFA öz maliyyə hesabatını şəffaf şəkildə təqdim edir. Digər üzvlərimiz də, klublar da bunu etməlidirlər".