Elxan Məmmədov: “Bu cür qrupda yaxşı nəticə qazanmaq mümkündür”

Elxan Məmmədov: “Bu cür qrupda yaxşı nəticə qazanmaq mümkündür”
İDMAN
23:11 03.03.2020
4715
"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

E.Məmmədov bildirib ki, bizi maraqlı yarış gözləyir: "Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro, Kipr və Lüksemburq seçmələri ilə birlikdə C Liqasının I qrupunda mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR