Elyanə ilə Ebru Gündeşi birləşdirən nədir? - 30 il sonra… - VİDEO

Elyanə ilə Ebru Gündeşi birləşdirən nədir? - 30 il sonra… - VİDEO
MAQAZİN
23:51 24.08.2026
192
1995-ci ildə Ebru Gündeşin ifasında yaddaşlara həkk olunan "Unutuverdim” mahnısı təxminən 30 il sonra Elyane Arslanın özünəməxsus ifasında yenidən dinləyicilərə təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, mahnının sözləri Ayşə Birgül Yılmaza, musiqisi isə Özkan Turqaya məxsusdur. 

Əsərin yeni aranjimanını Türkiyənin tanınmış aranjimançılarından Selim Çaldıran hazırlayıb.

Mahnının Elyane Arslanın repertuarına daxil olması da xüsusi tarixçəyə malikdir. 

Sənətçinin yaradıcılıq fəaliyyətinin ilk illərindən etibarən onun yanında olan Ayşə Birgül Yılmaz Elyaneni öz qızı kimi görür. 

Məhz bu səbəbdən o, "Unutuverdim” əsərini bu dəfə Elyanenin ifasında dinləyicilərə təqdim etmək qərarına gəlib.

Mahnının klipini Mert Arslan çəkib. Ekran işində 1995-ci ilin nostalji ab-havası müasir vizual üslubla birləşdirilib. Beləliklə, mahnının keçmişə aid ruhu qorunmaqla yanaşı, əsər bugünkü dinləyiciyə yeni estetik yanaşma ilə təqdim olunur.

2005-ci ildə Azərbaycanda başlayan musiqi fəaliyyətini daha sonra Türkiyədə davam etdirən Elyane Arslan 2011-ci ildə "Star Akademi” layihəsi ilə geniş auditoriyaya tanınıb. Sənətçi sonrakı illərdə musiqi və televiziya fəaliyyətini uğurla davam etdirib.

Elyane Arslanın "Unutuverdim” ifası həm 1990-cı illərin unudulmayan mahnılarından birini yeni nəsillə tanış edir, həm də sənətçinin yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR