Elza Rozanı məhkəməyə verdi - AÇIQLAMA

MAQAZİN
13:45 10.10.2024
354
Əməkdar artist Elza Seyidcahanın müğənni həmkarı Roza Zərgərlini məhkəməyə verdiyi məlum olub.
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Elza Seyidcahan xəbəri təsdiqləyib.
 
O, "Bəli, xəbər doğrudur. Məhkəməyə müraciət etmişəm. Məhkəmə prosesi başladığı üçün təəssüf ki, bu haqda başqa heç nə danışa bilmərəm" deyə bildirib.
 
Xatırladaq ki, müğənni Roza Zərgərli bir neçə gün əvvəl Əməkdar artist Elza Seyidcahanla yaşanan davasından danışmışdı. O, "Sözün düzü" layihəsinə bildirmişdi ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, ondan xoşagəlməz cavab alıb. Bu zaman onlar arasında mübahisə yaşanıb və Zərgərli, masanan üstündəki çayniki Elza Seyidcaha atdığını açıqlamışdı.

Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR