"Elza sənətkardır, onu hamı başa düşmür" - Zamiq

"Elza sənətkardır, onu hamı başa düşmür" - Zamiq
MAQAZİN
11:17 18.01.2026
519
Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov "İki başlı" proqramında qonaq olublar.

AZXEBER.COM xəbər verir ki, verilişdə L.Məmmədovadan "Elza Seyidcahanla, yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz" deyə, soruşulub:

O, cavabında "Elza ilə. Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar" deyə, bildirib.

Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə E.Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb:

"Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən "xırda verilişlər" olur ki, Elza xanımı lağa qoyurlar, bu, mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O, adi bir insan deyil".
 
Axşam.az
OXŞAR XƏBƏRLƏR