Əməkdar artist Elza Seyidcahan "Atv maqazin 10 larla" verilişində peşmançılığını dilə gətirib.
AZXEBER.COM xəbər verir ki, E.Seyidcahan etdiyi yaxşılıqlara görə heyfslənib.
O deyib: "Hərdən peşmançılıq yaşayıram. Mən gəncliyimi çox şeyə qurban vermişəm. Yaş dövründə bir şeyləri yaşamaq istəyirsən, amma görürsən ki, o yaş deyil. Məni o qədər ağladıb, üzüblər. Bu vaxta kimi çoxlarına dəstək olub, efirə çıxartmışam, çoxu da nankor olub.
Müğənni efirlərə bacısı ilə getdiyini də deyib:
"Məni kimsə verilişə çağıranda şərt qoyuram. Bacımsız verilişə getmirəm. Bacım da əvəzində mənə Çin dili öyrədir.
Nazim Qasımzadə