Elza Seyidcahan da deputatlığa namizədliyini verəcək

Elza Seyidcahan da deputatlığa namizədliyini verəcək
MAQAZİN
14:28 26.08.2015
1723
Əməkdar artist Elza Seyidcahan yenə diqqətləri üzərinə çəkib.
AZXEBER.COM xəbər verir ki, müğənni-bəstəkar “Axşam.az”-a açıqlamasında bu il millət vəkilliyinə namizədliyini irəli sürəcəyini bildirib:
“Hər zaman deyirdim, amma ciddi qəbul olunmurdu. Bu il millət vəkilliyinə namizədliyimi irəli sürəcəm.
Seçəcəklərsə, xoşbəxt olacam. Seçilməsəm də, həyatıma davam edəcəm. Vaxt var idi ki, məni müzakirəyə qoyurdular. İndi özümə sübut etmək istəyirəm ki, görüm mən millət vəkilliyinə layiqəm, yoxsa yox”.
Qeyd edək ki, bu il noyabrda Azərbaycanda parlament seçkiləri baş tutacaq.
OXŞAR XƏBƏRLƏR